RU

Biri 2600 manata... – Xaricdən “od qiyməti”nə alınan uzunqulaqlardan necə İSTİFADƏ OLUNACAQ?

Dövlət Gömrük Komitəsinin son açıqlamalarında maraqlı bir məlumat yer alıb. Belə ki,  bu ilin yanvar-sentyabr Azərbaycana Türkiyədən 6 baş eşşək (ulaq) gətirilib. Bu sayda ulaq alışına isə 9,4 min ABŞ dolları (15 min 980 manat) pul ödənilib. Beləliklə, Türkiyədən gətirilən ulağın bir başının orta gömrük qiyməti 2 663,3 manat olub.

Görəsən bu qədər yüksək qiymətə eşşəklər nə üçün alınıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu bahalığa alınan eşşəklərin iki təyinatı ola bilər:

“Ola bilsin ki, südçülük məqsədi ilə alınıb. Çünki eşşək südü son zamanlar xüsusi populyarlıq qazanıb. Digər məqsədsə müdafiə üçündür. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərimizdə minadan təmizləmə işləri hələ də davam edir.

Nəzərə alaq ki, eşşəklər minalara qarşı xüsusi həssaslıq göstərirlər. Mənə bir hərbçi danışırdı ki, “Əfqanıstanda vuruşarkən maşından yox, eşşəklərdən daha çox istifadə edirdik. Çünki eşşəklər minaların üstünə ayaq basmır. Ona görə də minalanmış əraziləri eşşəklər vasitəsi ilə asanlıqla keçmək olurdu”. Bu baxımdan Türkiyədən alınmış eşşəklər ola bilsin ki, xüsusi təlim görmüş heyvanlardır. Onlardan minalanmış ərazilərdə xüsusi məqsədlər üçün istifadə edilə bilər. Ona görə də həmin heyvanların qiyməti bu qədər bahadır”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
40
1
bizim.media

2Источники