RU

Kanadada NATO-ya qarşı sərt etiraz aksiyaları keçirilib

Kanadanın Monreal şəhəri NATO əleyhinə kütləvi etirazların məkanına çevrilib. Minlərlə nümayişçi şəhərdə 22-25 noyabr tarixlərində keçirilən NATO Parlament Assambleyasının 70-ci sessiyasına etiraz edərək küçələrə çıxıb.

hakimiyyet.az-ın newsinfo.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə çoxsaylı kadrlar yayılıb.

Bildirilir ki, etirazlar tezliklə hüquq-mühafizə orqanları ilə zorakı toqquşmalara çevrilib. Polis gözyaşardıcı qaz və güc metodları ilə cavab verib.

Saxlanılan və xəsarət alanların sayı barədə məlumat hələlik yoxdur.

Избранный
39
hakimiyyet.az

1Источники