RU

Rusiya Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul etmiş, lakin and içmə prosedurunu başa çatdırmamış şəxsləri Rusiya Federasiyası vətəndaşı statusundan məhrum etməyə başlayır

TASS yazır ki,bu gündən Rusiya Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul etmiş, lakin and içmə prosedurunu başa çatdırmamış şəxslərin Rusiya Federasiyası vətəndaşı statusundan məhrum etməyə başlayır.

Müvafiq normalar Rusiya Federasiyası Prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında təsbit edilmişdir.

Noyabrın 22-də bu kateqoriyadan olan vətəndaşlar üçün andiçmə müddəti başa çatıb.

23 noyabr 2024-cü il tarixindən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar qüvvədən düşəcək.

Eyni zamanda, fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq qəbul edərkən ondan azad edilmiş şəxslərə şamil edilmir.

Oxuməni.az

Избранный
24
oxumeni.az

1Источники