RU

Anaları düşmən obrazında görməyə təşviq edirlər- ÖZƏL

"Son zamanlarda yeniyetmələr arasında baş verən zorakılıq hadisələrində ilkin olaraq aydın şəkildə görünməsə də araşdıranda diqqətimizi çəkən bir məsələ haqqında danışmaq istəyirəm. Proffesional psixoloqların və işinin mütəxəssisi olan insanların da bu məsələdə töhvələri çox əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyb: "Həvəskar "psixoloqlar", spritual "enerji uzmanları" və Theta Healer "mütəxəssisləri" və sairlər uşaqlarla iş prosesində ailə üzvlərini, bilavasitə anaları düşmən obrazında görməyə təşviq edirlər. Yuxarıda qeyd etdiyim fikrə bir daha aydınlıq gətirim ki, bu hallar ümumi xarakter daşımır və işin mütəxəssislərinə aid deyil. 
Bəzi hallarda Ana obrazından gələn təhlükələri istisna etməməklə yanaşı valideynlərin sevgilərini bloklamağı doğru hal hesab etmirəm. (xüsusi hallar istisna olmaqla) 
Xüsusi ilə sosial şəbəkə platformalarında da naşı, qeyri-proffesional və narahat edici videoları izlədikdən sonra bu məsələnin gündəmə gəlməsinin və cəmiyyətin müzakirə etməsinin tərəfdarıyam. Valideynlərin öhdəsinə bu məsələdə böyük məsuliyyət düşür. Təhsilinə, təcrübəsinə və nəticələrinə güvəndiyiniz mütəxəssislərə müraciət edin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
olaylar.az

1Источники