RU

Milli haqda sərt sözlər: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox"

Naxçıvan Futboç Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib.

Misli Premyer Liqasının 14-cü turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra Sportal.az saytına danışan funksioner millini sərt tənqid edib. Axundov futbolçuların meydanda tam güclərini qoymadıqlarını bildirib:

"İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini  söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxaram, o futbolçuları qoymaram. Fernandu Santuş olmur, kim olur-olsun." 

saytlarin hazirlanmasi

Избранный
29
12
sportal.az

10Источники