RU

Kimya sənayesi məhsullarının ixracı artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 237,2 milyon ABŞ dolları dəyərində 910,5 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 18,6 faiz və ya 37,18 milyon dollar, həcm baxımından isə 27,6 faiz və ya 196,8 min tondan çoxdur.

Qeyd edək ki, 2024-cü ilin ilk 10 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,04 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,45 faizə bərabər olub.

Избранный
9
2
vergiler.az

3Источники