''Mançester Siti''nin ulduzu Erlinq Holann ilə bağlı maraqlı xəbər yayılıb.
O hələ 2023-cü ildə yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnibmiş. Məlumatı İsveçrənin ''Blik'' nəşri paylaşıb. Holann ötən il İsveçrənin qərbində yerləşən və əsasən fransızdilli əhalinin yaşadığı Vo kantonundan keçərkən qaydaları pozduğuna görə 65 avro cərimələnib.
İllik 20 milyon avro qazanan norveçli futbolçu 1 ildən artıqdı, həmin cəriməni ödəməyib. İsveçrədə qüvvədə olan qaydalara görə yol cəriməsini bir ildən artıq ödəməyən şəxs ən azı 1 günlük həbs edilir. Yəni Holann 65 avroya görə həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıb. 24 yaşlı forvard bu ölkəyə ayaq basan kimi qarşısında polisləri görə bilər. Amma məsələ burasındadı ki, bu mövsümkü təqvimə görə Holannın ən azı qarşıdakı aylarda İsveçrəyə getmək ehtimalı yoxdu.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта