RU

Rusiyada yaşayanların NƏZƏRİNƏ

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl parlament tərəfindən qəbul edilmiş uşaqsızlıq - uşaq sahibi olmaqdan imtina ideologiyasını təbliğ etməyə görə cəza haqqında qanunu imzalayıb.

Publika.az xəbər verir ki, Qanunla İnzibati Xətalar Məcəlləsinin qeyri-ənənəvi münasibətləri təşviq etməyə və cinsiyyətin dəyişdirilməsinə görə cəzanı müəyyən edən eyni maddəsinə dəyişiklik edilir.

Sənədə əsasən, uşaqsızlığı təşviq edən fiziki şəxslər 100 min rubla qədər, vəzifəli şəxslər 200 min rubla qədər, hüquqi şəxslər 1 milyon rubla qədər cərimə ilə üzləşəcəklər. Sonuncu, 90 günə qədər fəaliyyətin dayandırılması ilə də cəzalandırıla bilər.

Uşaqlar arasında uşaqsız davranışı təbliğ edərkən və ya media və internetdən istifadə edərkən, hüquqi şəxslər üçün mediada yayıldıqda cərimələrin yuxarı həddi ikiqat artır, cərimə 4 milyon rubla çatacaq; Hər iki hal üst-üstə düşərsə, fiziki şəxslər üçün maksimum cərimə 400 min rubl, vəzifəli şəxslər üçün - 800 min rubl və hüquqi şəxslər üçün 5 milyon rubl olacaq.

Избранный
25
3
publika.az

4Источники