RU

Əcnəbiləri leqallaşdıran rus qadınları..?

...Bryansk vilayətinin sakinləri Rusiyada əcnəbiləri leqallaşdırmaq üçün biznes təşkil ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı xəbər verir.

Qadınlar övladları üçün atalığı onlarla birlikdə qeydə alıblar. İştirakçılardan biri, 27 yaşlı Bryansk sakini ən azı dörd Çin vətəndaşının və Tacikistan vətəndaşının Rusiyaya köçməsinə kömək edərək, onları dörd övladının atasına çevirib.

Onun köməyinə görə ona birdəfəlik “aliment” ödəyiblər. Bölgənin Dyatkovo rayonundan olan daha bir qadın iki çinli və bir tacik kişiyə kömək edib.

...Qeyd olunur ki, son bir həftə ərzində polis bir neçə oxşar hal aşkar edib. Qadınlara qarşı Rusiya Cinayət Məcəlləsinin 322.1-ci (“Qeyri-qanuni miqrasiyanın təşkili”) maddəsi ilə cinayət işi açılıb.

İndi əcnəbilər əlavə sənəd yoxlamasından keçməlidirlər. …Bundan əvvəl Kreml rəsmisi Dmitri Peskov ölkədəki gərgin demoqrafik vəziyyət fonunda Rusiyanın əmək miqrantlarına ehtiyacı olduğunu bildirib.

Əli Babayev

Избранный
51
sia.az

1Источники