RU

COP29 iqlim maliyyəsinin yeni dövrünün başlanğıcıdır - Avropa komissarı

COP29 iqlim maliyyəsinin yeni dövrünün başlanğıcıdır.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barəd Avropa komissarı Vopke Hukstra COP29-un yekun plenar iclasında çıxışı zamanı deyib.

"Avropa İttifaqı və onun üzv ölkələri bu prosesdə aparıcı rol oynamağa davam edəcək. Biz maliyyələşməni əhəmiyyətli dərəcədə artırmaq üçün bütün iştirakçılarla fəal işləmişik. Biz 100 milyard dollarlıq hədəfi üç dəfə artırmışıq və bu hədəfin iddialı, zəruri, real və əldə edilə biləcəyinə inanırıq", - deyə o qeyd edib.

Avropa komissarı vurğulayıb ki, imkanları olan bütün ölkələr iqlimin maliyyələşdirilməsinə töhfə verməlidir.

"Problemin miqyasını nəzərə alsaq, könüllü donor bazasının artırılması mühüm addımdır. Biz həmçinin bu keçidin dəstəklənməsində çoxtərəfli inkişaf banklarının rolunun tarixi güclənməsinin şahidi oluruq ki, bu da öz növbəsində nəzərəçarpacaq dərəcədə daha çox özəl vəsaiti cəlb edəcəkdir. 1,3 trilyon dollarlıq hədəfə çatmaq üçün məhz bu yanaşma lazımdır", - deyə Hukstra bildirib.

Избранный
60
1
day.az

10Источники