RU

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ARTIB

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 104,4 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 faiz artıb.

Ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

Избранный
25
15
bizim.media

10Источники