RU

Avropa Parlamentində fon der Lyayenə qarşı ETİRAZLAR – “Sən məhkəmə qarşısına çıxarılmalısan” – VİDEO

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentində rəzil duruma düşüb.

Bizim.Media xəbər verir ki, Avropa Parlamentinin fransız deputatı Manon Obri çıxışında Lyayeni kəskin tənqid edib.

Deputat Avropa Parlamentində sosial bərabərsizlik və yoxsulluqdan tutmuş iqlim siyasəti və insan hüquqlarına qədər bir çox problemlərə diqqət çəkib. O, Avropa Komissiyasını fəaliyyətinin böyük biznesin və transmilli korporasiyaların maraqlarına yönəldiyini, sadə avropalıların hüquq və maraqlarını qorumaqdan uzaq olduğunu bildirib.

Obri bəyan edib ki, fon der Lyayenin çıxışı insanların real problemlərinə laqeydliyini nümayiş etdirir:

“Miss Fon der Layen, çıxışınız insanlara nə qədər nifrət etdiyinizi göstərir. Siz yoxsulluq və işsizlik haqqında bir dəfə də olsun danışmadınız. Siz biznesə yaltaqlanmaq üçün rəqabət qabiliyyəti və rifah haqqında danışdınız. Miss Fon der Layen, mən bilirəm ki, siz ayda 30 mindən dollardan çox pul qazanırsınız, amma hər üç avropalıdan biri, gündə bir dəfə yeməkdən imtina etmək məcburiyyətində qalır”.

Deputat Lyayeyin lobbiçiliyi ön planda tutması, iqlim dəyişikliyi ilə mübarizə aparmaması kimi məqamları da çıxışında qeyd edib.

Manon Obri Aİ-nin xarici siyasətini də tənqid atəşinə tutub. O, fon der Lyayenin Qəzzada müharibəni dayandırmaq üçün heç nə etmədiyini bildirib.

Obri çıxışının sonunda Lyayenin hakim qarşısında cavab verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Obrinin çıxışı Avropada geniş ictimai rezonans doğurub. Çünki o, yalnız Avropa İttifaqının hazırkı siyasətindən narazılığını ifadə etməyib, həm də Lyayenin addımlarının sadə vətəndaşların maraqlarına xidmət etmədiyini vurğulayıb.

Daha ətraflı videoda:


Bizim.Media

Избранный
8
40
bizim.media

10Источники