RU

Borrell gedir: Avropa ona görə xəcalət çəkəcək - Peskov

Avropa Jozep Borrellin AB diplomatiyasına rəhbərlik etdiyi illəri xəcalətlə xatırlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

"Düşünmürəm ki, kimsə (Borrellin Avropa diplomatiyasına rəhbərlik etdiyi illəri – red.) onları xatırlayacaq, əgər xatırlayacaqlarsa, utanc hissi keçirəcək", - Kreml nümayəndəsi bildirib.

Rusiya liderinin mətbuat katibi Borrelli “solmaqda olan insan” adlandırıb və təəssüflə qeyd edib ki, indi də AB baş verənlərə müstəqil, ayıq baxışdan uzaqdır.

Qeyd edək ki, Borrellin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Onu Estoniyanın Baş naziri Kaya Kallas əvəz edəcək.

Избранный
7
50
axar.az

10Источники