RU

İran atom bombası hazırlanmasının bir addımlığında– 60 faiz zənginləşdirilmiş uran ehtiyatı, MAQATE xəbərdarlıq etdi...

Image

Rusiya nüvə doktrinasını yenilədikdən sonra daha bir diqqət çəkən addım İrandan gəlib. Yaxın Şərqdə müharibə qızışdığı bir vaxtda Tehran, uranı atom bombası hazırlanması səviyyəsində zənginləşdirmək üçün istifadə edilən yeni qabaqcıl sentrifuqaların quraşdırıldığını bəyan edib.

Bu avadanlıq uranı nüvə silahı üçün tələb olunan səviyyəyə qədər saflaşdırmaqda istifadə olunur. 

Tehranın bu addımı, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranı atom silahı işi ilə bağlı davam edən təhqiqatla əməkdaşlıq etmədiyinə görə qınamasından günlər sonra atması isə diqqət çəkir. MAQATE-nin İranı qınayan qərarından sonra xarici siyasət üzrə ekspert Rahman Qaremanpur bildirib ki, Tehran yeni qınaqlara “zənginləşdirmə səviyyəsini artırmaqla” cavab verə bilər.

İranın Atom Enerjisi Təşkilatının bəyanatında deyilir ki, rejim bundan sonra “müxtəlif tipli əhəmiyyətli sayda yeni və qabaqcıl sentrifuqları” istismara verəcək. 

İran həmçinin müxtəlif nüvə obyektlərindən kameraları yığışdırmaq qərarına gəlib və bu isə, beynəlxalq müşahidəçilərin ölkənin nüvə fəaliyyətlərini izləməsini çətinləşdirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın silahlara aid nüvə materialına sadəcə bir addım uzaqlıqda olan  60 faiz zənginləşdirilmiş uran ehtiyatı topladığını açıqlayıb. 

TAHİR





Избранный
33
baki-xeber.com

1Источники