RU

Sallivan varisi ilə ABŞ-ın xarici siyasət gündəmini müzakirə etdi

Bakı. Trend:

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi CeykSallivan, onun bu vəzifədə varisi olması gözlənilən Floridadanrespublikaçı konqresmen Mayk Vals ilə xarici siyasət vətəhlükəsizlik məsələlərini müzakirə edib.

Trend Axiosportalına istinadən xəbər verir ki, görüş bu həftənin əvvəlində baştutub. Bu, Donald Trampın Vals-ı milli təhlükəsizlik üzrə müşavirtəyin etmək niyyətini elan etməsindən sonra ilk görüş olub.

Məlumata görə, tərəflər Qəzza zolağındakı müharibə vəziyyəti,Həmasın girov götürdüyü şəxslər və digər milli təhlükəsizlikməsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş ABŞ-ın gələcək xarici siyasət kursunun formalaşmasıbaxımından diqqət mərkəzindədir.

Избранный
32
1
az.trend.az

2Источники