RU

Avtobus və velosiped zolaqları taksi sürücüləri üçün problemə çevrilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtda avtobus zolaqları, eləcə də velosiped zolağının çəkilməsi vətəndaşlar üçün xeyli rahatlıq yaratsa da, bu məsələ taksi sürücüləri üçün bır sıra çətinliklər yaradıb. Belə ki, taksi xidməti ilə məşğul olan zaman vətəndaşları təyin olunan yerdə mindirib, düşürmə halları bəzən sürücülər üçün cərimələrlə nəticələnir.
Xəzərxəbər.az-ın məlumatına görə, taksi sürücüsü Əli Vəliyev imtahandan uğurla keçib. 2020-ci ildən də qanuni taksi fəaliyyəti ilə məşğuldur. Lakin əksər yerlərdə taksi duracağı olmadığına görə, o, bu ay 300 manat cərimələnib:
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Xəzər Xəbər"ə bildirilib ki, hazırda Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Lakin mövcud taksi duracaqlarının əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən hətta nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də, hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Ətraflı süjetdə:
Избранный
69
4
oxu.az

7Источники