RU

İsrailin "Hizbullah”la atəşkəs razılaşması əldə etdiyi iddia edilir

İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə “Hizbullah”la əldə olunan razılaşmaları açıqlaya bilər...

Poliqon xəbər verir ki, bu barədə İsrail telekanalı “Kan 11” məlumat yayıb.

Bəzi məlumatlara görə isə İsrail Livanın “Hizbullah” hərəkatı ilə artıq atəşkəs sazişi imzalayıb. İsrailin “Kan 11” telekanalı xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun yaxın günlərdə razılaşmaları açıqlaması gözlənilir.

Telekanalın məlumatına görə, Netanyahu bir neçə nazir və təhlükəsizlik rəsmiləri ilə görüşdə əldə edildiyi iddia edilən razılaşmaları müzakirə edib. Razılaşmanın ictimailəşdirilməsinin ləngiməsi belə bir mesajın daha çox siyasi cəhətdən sərfəli variantının axtarışı ilə bağlıdır.

“Atəşkəs düşmənlə kompromis kimi deyil, İsrail üçün faydalı bir hərəkət kimi təqdim edilməlidir”, deyə “Kan 11” mənbələri bildirib.

Eyni zamanda, qeyd edilir ki, tərəflər arasında İDF-nin Suriya-Livan sərhəd bölgəsində quru əməliyyatları ilə bağlı məsləhətləşmələr davam etdiriləcək. Mənbələrin bildirdiyinə görə, İsrail Vaşinqtondan “Hizbullah”ın razılaşmanı pozacağı təqdirdə ABŞ-nin İsrailin cavabını dəstəkləyəcəyinə dair zəmanət alıb.

Qeyd edək ki, İsrailin “Kan 11” televiziya kanalı yəhudi dövlətinin dövlət büdcəsindən maliyyələşir. 2017-ci ilin may ayından efirdədir və əvvəllər fəaliyyətdə olan Birinci Kanalı əvəz edib.

Poliqon.info

Избранный
39
50
poliqon.info

10Источники