RU

Rumıniyada prezident seçkilərinin ikinci turunda bu siyasətçilər YARIŞACAQ

Rumıniyanın Sosial Demokrat Partiyasının lideri, baş nazir Marçel Çolaku və sağ mərkəzçi, Rumıniyanın Qurtuluşu İttifaqının üzvü Yelena Laskoni prezident seçkilərinin ikinci turunda yarışacaqlar.

Bizim.Media xəbər verir ki, bu, Bakı vaxtı ilə saat 23:00-da Şəhər və Regional Sosiologiya Mərkəzinin keçirdiyi ekzit-polllardan sonra bəlli olub. 

Məlumata görə, seçkilərin birinci turunda Çolaku 25 faiz, Laskoni isə 18,1 faiz səs toplayıb. Seçkilərdə fəallıq qeydə alınmış seçicilərin 52,41 faizini təşkil edib.

Prezidentliyə namizədin birinci turda seçilmək üçün qeydə alınmış seçicilərin ən azı 50% + 1 səs toplaması lazım olduğundan, dekabrın 8-də Çolaku və Laskoninin iştirak edəcəyi seçkilərin ikinci turu keçiriləcək.

Bizim.Media

Избранный
69
8
bizim.media

9Источники