RU

Gürcüstanda ETİRAZ DALĞASI: əraziyə xüsusi texnika yeridildi

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin mitinqinin keçirildiyi parlament binasına əlavə qüvvələr və xüsusi texnika göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Meydanda su şırnaqları, avtobuslar və avtomobil evakuatorları yerləşir. Etirazçılar noyabrın 24-ü axşam saatlarından Rustaveli prospektində yerləşdirilib. Küçədə gecələyib, yolun kənarında çadırlar qurublar. Müxalifət tərəfdarları ötən parlament seçkilərinin nəticələrindən narazıdırlar və onların tanınmamasını tələb edirlər. Hazırda küçədə vəziyyət sakitdir.
 
Noyabrın 24-də Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətə xəbərdarlıq edib ki, parlament binası və ya digər dövlət qurumlarının blokadaya məruz qalması halında cinayət məsuliyyəti yaranacaq.
 
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-unu qazanıb.
 

 

 
 
Publika.az
Избранный
5
2
moderator.az

3Источники