RU

Poroşenkodan NATO-ya çağırış: Ukraynanı alyansa qəbul etmək vacibdir – ÖZƏL

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya üzv qəbul edilməsinin vacibliyini vurğulayıb. 

Olaylar.az xəbər verir ki, o,   bildirib ki, NATO-nun keçmişdə Qərbi Almaniyanı alyansa qəbul etməsi təcrübəsi əsasında Ukraynanın da alyansa daxil edilməsi mühüm qərar ola bilər. Poroşenkoya görə, bu addım Rusiya hökumətinə güclü bir mesaj göndərər və hərbi əməliyyatların dayandırılması üçün ilkin şərtlərdən biri olar.

Poroşenko, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa çağırış edərək, Ukraynanı NATO-ya dəvət etməyin prioritet addım olmalı olduğunu qeyd edib. Bununla yanaşı, o, hazırkı prezident Volodimir Zelenskini ABŞ-lə münasibətlərin möhkəmləndirilməsi, Ukraynanın ərazi bütövlüyünün qorunması və antirusiya sanksiyalarının davam etdirilməsi kimi "qırmızı xətləri" qorumağa çağırıb.

Keçmiş prezident həmçinin Ukrayna hökumətini korrupsiya və prioritetlərin yanlış idarə edilməsi ilə ittiham edib. Onun sözlərinə görə, dövlət büdcəsi lazımi sahələrə yönəldilmədiyi üçün ölkə ağır iqtisadi vəziyyətə düşüb. Poroşenko əlavə edib ki, ölkənin hərbi və müdafiə sənayesi inkişaf etdirmək əvəzinə, yüksək vəzifəli şəxslərin şəxsi maraqlarına xidmət edir.

Eyni zamanda, Poroşenko Qərb ölkələrinin Ukraynaya maliyyə yardımlarını dayandıra biləcəyinə dair xəbərdarlıq edib. Onun fikrincə, Zelenskinin hər bir ukraynalıya 1000 qrivna ödəmək vədi iqtisadiyyata ciddi ziyan vura bilər və seçkilərdə də uğur gətirməyəcək.

Poroşenko Rusiya ilə müqayisə apararaq, Rusiyanın hərbi sənayenin inkişafına böyük vəsait sərf etdiyini və Ukraynanın da bu istiqamətdə addımlar atmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
27
olaylar.az

10Источники