ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir körpənin listeriya bakteriyası səbəbindən öldüyünü açıqlayıb.CDC ABŞ-ın Kaliforniya əyalətində listeria bakteriyasına görə bir körpənin öldüyünü, 9 nəfərin isə dörd ştatda xəstəxanaya yerləşdirildiyini bildirib.Açıqlamada Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 yoluxmanın qeydə alındığı bildirilib. CDC bakteriyaların "Yu-Shang Food" adlı markanın şirniyyat məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.Listeria bakteriyası nədir?Listeria bakteriyası qida infeksiyalarına səbəb ola bilən bakteriya növüdür. Ən çox yayılmış növü Listeria monocytogenesdir. Bu bakteriya tez-tez süd məhsulları, çiy ət və işlənmiş ət kimi qidalarda tapıla bilər. Listerianın yaratdığı infeksiya listerioz kimi tanınır.Listerioz xüsusilə immuniteti zəif olan insanlarda, hamilə qadınlarda, yaşlılarda və körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hamilə qadınlarda bu infeksiya hamiləliyin pozulmasına, vaxtından əvvəl doğuşa və ya körpədə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.Mənbə: DHA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта