RU

"Bu, əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır" - Baş bankir



"2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır. Məlum olduğu kimi, aşağı və stabil inflyasiya səviyyəsi əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır. Bu investisiya qoyuluşlarını da dəstəkləməklə iqtisadi aktivlik üçün əlverişli şərait yaradır. Növbəti ildə iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz iqtisadi artımın isə 5,1 faiz ətrafında olacağı proqnozlaşdırılır".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, 2025-ci ildə də makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq:

"Bu səbəbdən pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Tədiyyə balansının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil olaraq qalır. Mərkəzi Bank monetar şəraitin uçot dərəcəsi vasitəsilə tənzimlənməsi üçün sərəncamında olan bütün alətlərdən istifadəni davam etdirəcək".

aia.az



Избранный
18
2
aia.az

3Источники