Türkiyənin Ordu bölgəsində qar səbəbindən yolda qalan 4 nəfər üçün axtarışlara başlanılıb. Axtarış-xilasetmə işləri 23 personal və 7 maşınla davam edir.
Sherg.az xəbər verir ki, dünən səhər saatlarında evdən çıxan Murat və Ferhat Günay, Hüdaverdi və Barış Aslantaş Mesudiyə mahalına ova çıxıblar.
Lakin Horu Obasıda güclü qarda qalan 4 nəfər qapalı yerdə qalıb.
Bunun üzərinə onlar qohumlarına zəng edərək məsciddə olduqlarını və qapalı qaldıqlarını bildiriblər və sonra qruplara məlumat verilib.
Ərazidə qapalı qalan 4 nəfərin axtarışına başlanılıb.
Axtarış-xilasetmə işləri 23 personal və 7 maşınla davam edir.