RU

AFFA İcraiyyə Komitəsinin yekun iclası olacaq

AFFA İcraiyyə Komitəsi 2024-cü ildə sonuncu – yekun iclasını keçirməyə hazırlaşır. Qurum üzvləri dekabrın əvvəlində bir araya gələcək.

Futbolinfo.az xəbər verir ki, hələlik iclasın dəqiq tarixi müəyyənləşməyib. Amma komitənin toplantısı ən geci dekabrın 15-dək reallaşmalıdır.

Budəfəki iclasda bir sıra məsələlər həllini tapacaq. Aşağı yaş qrupundan ibarət bütün milli komandaların baş məşqçilərinin istefaya göndəriləcəyi gözlənilr. Onların əvəzediciləri də təyin edilməlidir. AFFA-da bir qrup idarəçi bu postlara əcnəbilərin təyinatını istəyir, lakin Fernandu Santuşla bağlı baverənlər, üstəlik, futbol ictimaiyyətində legioner məşqçilərə gərək duyulmaması ilə bağlı hakim olan fikir fərqli addıma ümid yaradır.

İcraiyyə Komitəsnin budəfəki iclasında əsas millinin baş məşqçisi Fernandu Santuşun Millətlər Liqasının yekunları ilə bağlı hesabat verməsi də gözlənilir.

Eyni zamanda AFFA-nın çoxdan üzərində çalışdığı strategiya ilə bağlı yekun sənədin də müzakirəyə təqdim olunması planlaşdırılır.

Избранный
26
futbolinfo.az

1Источники