RU

“Canlı yayımda aparıcıya şapalağı qoyaram ağzına”

“Bu bir marketinqdir. Sən artıq sağlam formada tanındıqca ehtiyyat edirsən - Hər verilişə getmək, hər aparıcının qarşısına çıxmaq, hər qonaqla oturmaq olmaz. Bu artıq dəbə çevrilib. Əvvəllər belə şeylər yox idi. Bizi hansı verilişə çağırırdılarsa biz oa gedirdik. Artıq bu reytinq məsələsi bir çox verilişlərdə o qədər ucuzlaşıb ki… Söhbət mən hansı verilişə gedə bilərəm, harada özümü rahat hiss edə bilərəm”.

OLAY yazır ki, bu sözləri aparıcı, aktyor və müğənni Şəhriyar Əbilov qonaq olduğu “Günə bax” verilişində deyib.

Sənətçi hər dəvət aldığı verilişə getmədiyi və əvvəlcədən aparıcı ilə veriləcək suallarla bağlı müzakirə apardırğını bildirib:

“Mən xasiyyətimə uyğun mövzu, format, informasiya olmalıdır ki, o verilişə gedim. Əgər aparıcı qarşıma bayağı və ucuz bir şey qoyarsa, hətta bunu onların özlərinə də demişəm, canlı yayımda şapalağı qoyaram ağzına durub gedərəm. Heç vecimə də deyil, çünki 20 ildir ki, bunun içindəyəm. Bunu qabaqcadan demişəm ona görə də, belə bir şeylər olmayıb. Obyektiv olmayan komanda və verilişlər var, məndə ora getmək istəmirəm. Biz böyüdükcə, hansısa bir təcrübə yığdıqca, özümüzü qoruyub, sağlam saxladıqca hansısa bir təbliğatı verdiyimiz zaman ehtiyyat edirik. Bu da dünya marketinqinin bir sistemidir. İnsan böyüdükcə bilməlidir hara getmək olar və haranı azaldıb, çoxaltmaq olar. Bu isə çox önəmli bir məsələdir”.

Избранный
27
4
olay.az

6Источники