RU

Spirtli içkilər xərçəng riskini ARTIRIR – Həkim AÇIQLADI

“Spirtli içkilərin müntəzəm istifadəsi xərçəng, insult və hipertoniya riskini artıra bilər”.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə psixiatr, narkoloq Ruslan İsayev xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, bir çox insanlar mütəmadi olaraq az miqdarda pivə və ya şərab içməyin təhlükəsiz olduğuna inanırlar. Bununla belə, spirtin təhlükəsiz dozası yoxdu.

Son Yazılar:

O, bir stəkan şərabın və ya pivənin tərkibində olan 10 qram spirtin belə ciddi xəstəliklərə – xərçəngə, infarkt və insultlara səbəb ola biləcəyinə aydınlıq gətirib.

“Məsələn, spirtin bu dozası döş xərçənginin inkişaf riskini artırır. Alkoqol başqa bir təhlükə daşıyır – asılılığın yaranması. Etanol beyindəki mükafat mərkəzlərini aktivləşdirir, dopamin istehsalını tətikləyir”, – İsayev bildirib.

Həkim həmçinin vurğulayıb ki, alkoqol depressiyanın inkişafına və idrak qabiliyyətinin azalmasına səbəb ola bilər. Mütəxəssis belə qənaətə gəlib ki, spirtli içki qəbulu ilə demensiyanın inkişaf riski arasında da birbaşa əlaqə var.

Yusif EYVAZLI

Избранный
24
1
viral.az

2Источники