RU

Bakı 11 gündə belə “azad”edildi… – Tarixi təcrübə təkrarlanacaqmı?

11-22 noyabr tarixlərində Bakıda gözlənilən böyük xaos, həyatın iflic duruma düşməsi prosesi baş vermədi. Yəni COP-29 günlərində yollarda tıxac, hərəkətdə məhdudiyyət, küçələrdə sıxlıq yaşanmadı. Baxmayaraq Bakıya 70 mindən çox qonaq gəlmişdi, amma proqnozlaşdırılan neqativlərin heç birinə rast gəlinmədi.

Burda əsas yük, məsuliyyət və idarəetmə Daxili İşlər Nazirliyinin (DİN) üzərinə düşürdü. Görəsən, başqa vaxtlarda da bu təcrübədən yararlanmaq, tıxacların qarşısının alınması istiqamətində COP-da tətbiq edilən sistemlə hərəkət etmək mümkündürmü?

Danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, COP tədbiri zamanı Bakıda dəhşətli bir tıxacın yaranmamasının əsas səbəbi paytaxtın təxminən üç istiqamətindən şəhərə girişin məhdudlaşdırılması olub.

Onun sözlərinə görə, COP ərəfəsi sürücülər müxtəlif istiqamətlərə yönləndiriliblər:

“Yönləndirmə nəticəsində avtomobillər şəhərə eyni yerdən daxil olmurdular. Məsələn, maşınlar cənub istiqamətindən yalnız Bayıldan şəhərə gəlirdi və Azneft, Neftçilər prospekti istiqamətində tıxac yaranırdı. Eyni proses “20 Yanvar” istiqamətində də var idi. Çünki Şamaxı-İsmayıllı-Qəbələ, Quba-Qusar tərəfdən gələnlərin hamısı eyni zonadan şəhərə daxil olurdu. Nəticədə dəhşətli vəziyyət yaranırdı. Burada həm insanlarımızın vaxtında edilən müraciətlərə anlaşılan vəziyyətdə münasibət göstərməsi, həm də polisin fəaliyyəti həmahəng oldu, bir-birini tamamladı. Ona görə də nəticə arzuolunan idi”.

Ekspert bəzi saytlar da daxil, insanların şayiə yaydığını bildirib:

“Çoxları pafoslu çıxışlar edir, dəhşətli tıxacın olacağını deyir, evdən çölə çıxmamağı məsləhət görürdü. Hətta evdən çölə xüsusi icazə ilə çıxacağımızı, şəhərdə hərəkət etmək üçün portal açdıracağımızın gərəkdiyini və s. deyənlər də var idi. Eynən pandemiya dövrüdə kimi. Təəssüf ki, bəzi media orqanları da bunların əlində alətə çevirilmişdi. Bu tip informasiyaların heç bir əsası olmasa da, amma müxtəlif başlıqlarla insanları narahat edən xəbərlər yayırdılar. Müəyyən insanlar belə xəbərləri oxuyub, COP ərəfəsi ölkədən çıxdılar, bölgələrə üz tutanlar oldu. Bir sözlə, insanlar fürsətdən istifadə edib, xarici ölkələrə, bölgələrimizə getdilər. Şəxsən yüzlərlə belə insan tanıyıram ki, COP-un neqativ xəbələrindən xoflanıb, şəhəri tərk etmişdilər. Əslində, bu da tədbirə bir dəstək idi”.

E.Muradlı polislə bərabər insanlarımızın da COP tədbirinə dəstək olduğunu qeyd edib:

“Fikrimcə, hər kəs bu tədbirə dəstək oldu və ortaya gözəl nəticə çıxdı. Təbii ki, burada əsas əziyyət çəkən qurumlardan biri polis idi və DİN bu işin öhdəsindən səmərəli şəkildə gəldi. Çünki idarəetmə mexanizmi düzgün qurulmuşdu, rəhbərliyin tapşırıqları vaxtında və dəqiq yerinə yetirildi. İş düzgün icra olunanda əlbəttə, nəticə yaxşı olur. Düşünürəm ki, digər günlərdə də bunu tətbiq etmək olar. Sadəcə, adi vaxtlarda nəqliyyat axını çoxdur. Həmin müddətdə universitetlərin, məktəblərin bağlı olduğunu nəzərə alaq. COP zamanı bir çox müəssisələrdə işçilərin sayı ixtisar olunmuşdu, yəni ən azı 30 faizi məzuniyyətə buraxılmışdı, bəziləri evdən işləyirdi və s. Bütün bunları nəzərə alanda müsbət nəticələri qeyd edə bilərik. Amma adi günlərdə universitetləri, orta məktəbləri necə bağlayaq?! Ümumiyyətlə, mən onlayn dərsin tərəfdarı deyiləm. Bu, keyfiyyətsiz bir mexanizmdir, xoş bir şey də deyil. Ona görə Bakını qaydaya salmağın yolları çox dərindir və işin ucu bölgələrin inkişafından keçir”.

(global.info)

Избранный
26
avtosfer.az

1Источники