İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Publika.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.
Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.