RU

Mehriban Xanlarova: Türk aktrisa mənə elə şillə vurdu ki...

"Dırnaqarası aktyorlar deyirlər, 50-100 manat çəkilək. Biz böyük qonorar istəyəndə, razılaşmırlar. Ona görə də sənin ucuz qiymətə çəkdiyin qadının, kişinin oynadığı rol saxta alınır".

Bunu Əməkdar artist Mehriban Xanlarova "Künc-bucaq" yutub layihəsində deyib.

SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək!

O əlavə edib: "Mən sənin filmində, serialında canımı qoyuram. Yerə yıxılanda, şillə yeyəndə, ağlayanda doğrudan edirəm.

Türkiyədə festival filminə dəvət olundum. Türk aktrisa kiçik bacımı oynayırdı. Ona dedim ki, gerçəkdən şillə vur. İstəmədi, cavab verdim ki, edəcəksən. Yalan olsa, rol saxta alınacaq. Ağrını hiss etməliyəm. Şillə qulağımdan səs çıxardı. Özümü sındırmadım, üzümü döndərib getdim. Hamı şillənin səsinə və mənim dözümümə şokda idi"./axşam.az

Избранный
24
9
musavat.com

10Источники