RU

"Ruslar silahlarını öz hakimiyyətlərinə qarşı çevirsələr..."

...Xüsusilə də son altı ayda rus əsgərləri arasında ümidsizlik və qorxu mühiti hökm sürməkdədir.

Bu həm əsir düşən rus əsgərlərini dediklərində, həm də cəbhədəki söhbət dinləmələrindəmüşahidə edilməkdədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Yakov Handzyuk adına 59-cu əlahiddə motoatıcı briqadanın zabiti Sergey Tsexotski bildirib.

Onun dediyinə görə, biz bunu cəbhə xəttində mümkün olan müdaxilələrdən də eşidirik və vəziyyətin acınacaqlı olduğu görünür.

...Putinin işə saldığı təbliğat maşını xüsusilə son altı ayda Rusiyadakı insanları qorxudur. Onları seçim qarşısında qoyan süni yaradılmış cinayət işləri görürük: ya həbsxana, ya da cəbhə. Təbii ki, əksər ruslar döyüşmək istəmirlər, lakin həbsxana şəraitindən qorxaraq müharibəyə gedib ölməyi seçirlər.

Ukraynalı hərbçi qeyd edir ki, Rusiya ordusunun itkiləri çox böyükdür. Ölən və yaralanan rus əsgər və zabitlərinin ümumi sayı bir milyona yaxınlaşır.

...Onların anaları hanı, arvadları hanı? Niyə çıxıb demirlər ki, bu müharibə mənasızdır? Ruslar silahlarını öz hakimiyyətlərinə qarşı çevirsələr, iş onlar üçün asanlaşacaq. Biz onlara kömək etməyə hazırıq.

Bunu da Sergey Tsexotski bildirib.

Əli Babayev

Избранный
57
sia.az

1Источники