RU

Qadın üçün dünyanın ən təhlükəli yeri açıqlandı - BMT-nin şok STATİSTİKASI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qadınlar üçün dünyanın ən təhlükəli yeri elə onun evidir".
Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin feminisidlə (qadın qətlləri ilə) mübarizəyə dair qlobal hesabatında bildirilib.
Hesabata əsasən, 2023-cü ildə kişilər tərəfindən öldürülən 85 000 qadının 60%-i həyat yoldaşı, partnyoru və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.
"Əldə olunan məlumatlar göstərir ki, qadınlar ən çox şəxsi həyatlarında və daha təhlükəsiz olmalı olduqları yerlərdə ölümcül zorakılığa məruz qalırlar. Bu hesabatdakı rəqəmləri yalnız buz dağının görünən hissəsi hesab edirik, çünki bilirik ki, qadın qətllərinin hamısı qeydə alınmır və onların ölüm səbəbləri də feminisid kimi dəqiq təsnif edilmir" , - deyə "BMT-Qadınlar" təşkilatının icraçı direktor müavini Nyaradzayi Qumbonzvanda qeyd edib.
Hesabatda Fransa, Cənubi Afrika və Kolumbiya üzrə aparılan araşdırmalar da diqqətə çatdırılıb. Məlumatlara görə, intim tərəfdaşları tərəfindən öldürülən qadınların əksəriyyəti zorakılığa məruz qaldıqlarını ölümündən əvvəl hüquq-mühafizə orqanlarına bildiriblər.
Fransada 2019-2022-ci illər ərzində qadın qətllərinin 79%-i intim tərəfdaşlar və ya digər ailə üzvləri tərəfindən törədilib. Bu arada zorakılıq və istismar nəticəsində baş verən digər feminisidlər ümumi göstəricinin cəmi 5%-ni təşkil edib.
Cənubi Afrika ilə bağlı məlumatlar isə göstərir ki, 2020-2021-ci illərdə ailədənkənar feminisidlər bütün qadın qətllərinin 9%-ni təşkil edib.
Hesabatda qeyd olunan rəqəmlər qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün qlobal səviyyədə daha təsirli tədbirlər görməyin vacibliyini göstərir.
Избранный
51
50
oxu.az

10Источники