RU

Taksi qiymətləri 30-40% artdı - VİDEO

Taksi operatorlarının qiymətləri artıb. Son günlər enən qiymətlər yenidən öz köhnə vəziyyətinə qayıdıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər bildirir ki, keçən həftə sonundan artıq qiymətlərdə 30-40 faiz artım var.

Qiymət dəyişikliyini sürücülər də təsdiq edir. Qiymətlərdə yaranan fərqin isə şirkətlər tərəfindən tənzimləndiyini bildirirlər.

Sürücülər qiymət artmasının bəzi səbəblərinin olduğunu bildirirlər.

Sürücülər hətta  yaxın günlərdə qiymətin biraz da artcağını istisna etmirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən isə bildirildi ki, COP29 tədbiri və bayram tətili ilə əlaqədar Bakıdan əhalinin kütləvi axını olub. Bu, yollarda tıxacların azalması səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb. Amma hazırda iş və dərslərin başlaması, tıxacların artması əlaqədar olaraq taksilər də öz iş tempinə qayıdıb. Buna görə də qiymətlərdə müəyyən qədər dəyişikliklər var.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Избранный
13
26
milli.az

10Источники