RU

Tramp bu ölkələrə əlavə vergi təyin edir

Tramp Kanada, Meksika və Çindən gələn məhsullara əlavə vergilər tətbiq ediləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə 10 faiz gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.
Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb.

Minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkən Tramp, Meksikadan gələn minlərlə insanın əsas məqsədinin hazırda sərhədləri keçmək olduğunu söylədi. Açıq" ABŞ sərhədi qarşısıalınmaz görünür.

Meksika və Kanadanın uzun müddətdir davam edən problemi asanlıqla həll etmək üçün mütləq haqq və gücə sahib olduğunu ifadə edən Tramp: "Biz onlardan bu gücdən istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtı gəldi"- deyə, bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
14
12
turkustan.az

10Источники