RU

Zaqatalada 3 nəfər dönərdən zəhərlənib

Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə Xezerxeber.az-a TƏBİB-dən məlumat verilib.

"Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Qeyd edək ki, Zaqatala rayon sakinləri dönərdən zəhərlənib.

Ötən gün axşam saatlarında 1999-cu il təvəllüdlü rayonun Cobankol kənd sakini İlqar Əhmədov, 2007-ci il təvəllüdlü rayonun Mosul kənd sakini İradə Əsadullayeva və 2016-cı təvəllüdlü rayonun Qazangül qəsəbə sakini Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım şöbəsinə daxil olublar.

Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib. Göstərilən yardımdan sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
9
xezerxeber.az

10Источники