İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTANDART) direktor əvəz təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İnstitutun direktor müavini olan Kəmalə Məmmədzadədir.
O, AZSTANDART-ın rəhbərliyində bir qədər əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin edilmiş İlham Bayramovu əvəz edib.
Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.