Bakı. Trend:
Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasənuşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rastgəlinir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindənməlumat verilib.
Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindənverilən məlumata görə, 2024-cü ilin ötən dövrü ərzində qeydə alınansu çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü iləmüqayisədə azalma müşahidə olunur.
"Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədəpeyvəndləmə aparılmır . Qeydə alınan xəstəlik ocaqlarındaprofilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanlarıtərəfindən diqqətlə izlənilir",- deyə qurumdan əlavə edilib.