RU

Yunanıstan Ermənistanı Azərbaycana qarşı silahlandırır - Fransa ilə əməkdaşlıq...

Yunanıstan Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə enikos.gr portalı yazıb.

Yunanıstan hakimiyyəti onları İsrail istehsalı sistemlərlə əvəz etməyi planlaşdırır.

"Silahlı Qüvvələrin rəhbərliyi köhnə sistemlərin yeni Qərb texnologiyaları ilə köklü şəkildə yenilənməsini davam etdirmək əzmindədir" yazan portalın məlumatına görə, Milli Müdafiə Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üzrə qabaqcıl mərhələdədir.

KİV-in məlumatına görə, bu, sırf Yunanıstan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir: 

"Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Hər şeydən əvvəl, çox sıx müttəfiqlik əlaqələri və xüsusən də müasir tarixdəki ümumi tarixi hadisələr və ümumi dini inanclar səbəbindən bunu edir. Bundan əlavə, güclü Ermənistan Azərbaycanı açıq-aşkar gücləndirən "türk inadkarlığı"na əla tarazlıq olardı".

Nəşr qeyd edir ki, ermənilər Rusiya silahlarından istifadə təcrübəsinə malikdirlər və onlara xidmət göstərmək üçün lazımi ehtiyat hissələrinə malikdirlər ki, bu da Yunanıstan Silahlı Qüvvələri üçün ən böyük problemdir, xüsusən də Ukraynada münaqişənin başlanması və onun NATO və Aİ Rusiyaya qarşı tətbiq edilən embarqolardan sonra daha da ciddiləşib. Eyni zamanda Yunanıstan bu silah sistemlərini pulsuz verməyəcək. Bu silahları əvəz etmək üçün Afina yeni sistemlər almaq niyyətindədir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias Qarabağdakı münaqişənin dərslərini nəzərə alaraq Yunanıstanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirib.

Aydın
Избранный
18
1
qaynarinfo.az

2Источники