RU

Pomidorları belə saxlasanız, qış boyu təzə kimi qalacaq

Mətbəxdə tez-tez istifadə etdiyimiz qidalar arasında yer alan pomidor, yanlış şəraitdə saxlandıqda qısa müddətdə çürüməyə başlayır.

Turkustan.az xəbər verir ki,tez xarab olan və çürüyən pomidorların yerinə təzə pomidorlara sahib olmaq istəyirsinizsə, dərhal bu üsulu sınayın.

Səhər yeməyindən axşam yeməyinə qədər tez-tez istifadə etdiyimiz və ləzzət aldığımız pomidorlar bu səbəbdən mətbəxlərimizdə boldur. Amma pomidor bəzən tez çürüməyə və xarab olmağa başlayır. Pomidorların təravətini uzun müddət saxlamaq üçün bəzi təbii üsullardan istifadə edərək pomidorları saxlamağa cəhd edə bilərsiniz.

Beləliklə, pomidorlarınız günlər və ya həftələr keçsə də təravətini qorumağa davam edəcək. Pomidorları təzə saxlamaq üçün aşağıdakı tövsiyələr var:

Sərin və quru yerlər:Pomidorları saxlayarkən ilk diqqət yetirilməli olan şey pomidorların sərin və quru yerlərdə saxlanmasıdır. Pomidorları birbaşa günəş işığından uzaq saxlamaq lazımdır. Ancaq digər tərəfdən çox soyuq mühitlər də pomidorun dadına mənfi təsir göstərir. Bu səbəbdən ideal saxlama yeri soyuducuların tərəvəz bölməsidir.

Müntəzəm olaraq yoxlayın:Pomidorları saxlayarkən mütəmadi olaraq yoxlamaq çox vacibdir. Pomidorlarımdan yetişmişləri ayırmaq lazımdır ki, digərləri çürüməsin. Bu səbəbdən pomidorları mütəmadi olaraq yoxlamaq lazımdır.

Sapları aşağı tutun:Pomidorların gövdələri açıq olan və nəm çəkərək yetişməsini sürətləndirən hissələrdir. Pomidorları saxlayarkən gövdələrini aşağı tutmaq onların daha uzun müddət təzə qalmasına kömək edir.

Kağız dəsmallara sarın: Pomidorların nəmlənməsinin və yetişməsinin qarşısını almaq üçün onları kağız dəsmallara bükərək saxlaya bilərsiniz. Bu üsulla pomidor normaldan daha uzun müddət təzə qalacaq. Pomidorları saxlamazdan əvvəl yumamaq da vacib bir detaldır. Pomidor yuyulduqda nəmi öz strukturuna çəkir və daha tez yetişir. Pomidorları yeməkdən əvvəl yumaq kifayətdir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
75
20
turkustan.az

10Источники