1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Bilgəh qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi həm ümid, həm də kimsəsizlər ocağı kimi tanınır.
Müxtəlif taleli insanları özündə birləşdirən ahıllar evinə nəzər saldıqda həyatın keşməkeşli günlərini simasında daşıyan xeyli insan görmək olar. Onlardan bəzisi nələrsə toxuyaraq, bəzisi piano ifa edərək, kitab oxuyaraq, bəziləri də idmanla məşğul olaraq doldurmağa çalışır hiss etdikləri tənhalığı. İndi onların tək evi bura, tək ailələri isə bir-biriləridir.
PhotoStock.Az ahıllar evindən fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.Az