RU

Azərbaycanda uşaqlar arasında xəstəlik yayıldı - RƏSMİ

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

“Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır . Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir. Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir”,- deyə qurumdan əlavə edilib.

Избранный
19
13
yenigundem.az

10Источники