RU

Oğuzda qadın sirkə turşusundan zəhərləndi

Oğuzda 56 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Bakupost.az xəbər verir ki, rayonun Bucaq kənd sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva zəhərlənmə əlamətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub.

Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Избранный
15
10
bakupost.az

10Источники