RU

COP29 iqlim diplomatiyasınin dönüş nöqtəsidir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasnın uğurla başa çatması iqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı kimi dəyərləndirildi. Axı, hər bir beynəlxalq əhəmiyyətli tədbir başa çatsa da onun gündəmə gətirdiyi qlobal məsələlər, bəşəriyyət üçün əldə edilən nəticələr, ən əsası ev sahibliyi edən ölkə baxımından uzun müddət geniş müzakirə mövzusu olur.

Birmənalı demək olar ki, paytaxtımızda keçirilən və möhtəşəmliyi ilə diqqət çəkən COP29 tədbiri ən əhəmiyyətli COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqların müsğət fikirləri bir vətəndaş kimi bizi qürurlandırdı.

Ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan Azərbaycan dövləti  tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri həyata keçirdi. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın bugünədək ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin movcudluğudur.

Prezident İlham Əliyev ölkəmizin hərtərfli inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Hazırda Azərbaycana hər bir sahədə beynəlxalq baxış  yüksək səviyyədədir. Hər bir yenilik, təkmilləşmə aparılan siyasətin əsasında dayanır. Yeni çağırışlar uğurla həyata keçirilir. Görünən xoş mənzərə belədir ki, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını qızıl hərflərlə həkk etdirdi.

Azərbaycanın prezidentliyi və ev sahibliyi ilə COP29-da bir çox mühüm qərarlar qəbul edildi. Belə ki, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə təşkilatlandı. Bu tədbirdə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Ən başlıcası is 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi.

Bütün bunlardan əlavə, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

COP29-da uğurlu nəticələrin əldə ediləcəyinə ölkəmiz əvvəlcədən əmin idi. Azərbaycanın prezidentliyi ilə iqlim danışıqlarında tarixi nəticələr əldə edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Избранный
32
ikisahil.az

1Источники