Uğursuz çıxışına davam edən "Mançester Siti" yeni antirekordla yadda qalıb.
Fanat.Az xəbər verir ki, bu, "Feyenoord"la Çempionlar Liqası matçında reallaşıb.
75-ci dəqiqəyə kim Niderland təmsilçisini 3:0 üstələyən Pep Qvardiolanın komandası son 15 dəqiqə ərzində fiasko ilə üzləşib. "Feyenoord" 75, 82 və 89-cu dəqiqələrdə ingilislərin qapısına yol taparaq inanılmaz geridönüş etmək üçün özündə güc tapıb.
"Opta"nın hesablamasına görə, "Mançester Siti" bu nəticə ilə Çempionlar Liqası tarixinə 75-ci dəqiqəyə qədər üç qol fərqi ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda kimi düşüb.
Beləliklə, "Mançester Siti"nin qələbəsiz seriyası ardıcıl 6 matça qədər uzanıb. İngiltərənin hazırkı çempionu əvvəlki beş görüşdə beş məğlubiyyətlə üzləşib.
Mirağa