RU

Azərbaycanda bankların xalis mənfəəti 914 mln. manata yaxınlaşıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913.7 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0.6% çoxdur. 2023-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 908.2 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 5.3% artaraq 1 422.4 milyon manata bərabər olub.

2024-cü ilin 10 ayında bankların mənfəət vergisi 213.9 mln. manat təşkil edib.

Избранный
10
2
apa.az

3Источники