NATO Şimali Atlantika Alyansı Rusiyanın "Oreşnik" ballistik raketindən istifadə etməsi fonunda Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib.Manset.az bu barədə xarici emdiaya istinadən xəbər verir. “Görüş zamanı NATO-nun müttəfiqləri Ukraynaya dəstəyini bir daha təsdiqlədilər”, - NATO-Ukrayna Şurasının videobağlantı vasitəsilə keçirilən iclasının yekunlarına dair press-relizdə deyilir. NATO qeyd edib ki, Ukrayna tərəfi “Oreşnik” raket hücumu barədə alyansı məlumatlandırıb. Alyans onu da əlavə edib ki, NATO-Ukrayna Şurasının növbəti iclası dekabrın 3-4-nə planlaşdırılıb. Qeyd edək ki, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri ən yeni orta mənzilli raket sistemlərindən biri - “Oreşnik” nüvəsiz ballistik raketi ilə Ukraynaya zərbə endirib.