RU

BDU-nun dosenti vəfat edib 

Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti Sabir İskəndərov vəfat edib. 

Hafta.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidməti məlumat yayıb.

Sabir İskəndərov 1941-ci il iyunun 10-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1965-1966-cı illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda, 1966-1969-cu illərdə Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis, 1969-1972-ci illərdə Moskva Hidromeliorasiya İnstitutunda kiçik elmi işçi, 1972-1975-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1972-1982-ci illərdə BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasında baş müəllim, 1982-ci ildən həmin kafedranın dosenti kimi çalışıb.

Sabir İskəndərovun əsas tədqiqat sahəsi hidrometeorologiya, su ehtiyatları və ondan səmərəli istifadə və su təsərrüfatı hesablamaları olub. O, 100-ə yaxın elmi məqalənin və iki dərs vəsaitinin müəllifi idi.

BDU rəhbərliyi və kollektivi dosent Sabir İskəndərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət eləsin!

Избранный
33
13
hafta.az

10Источники