RU

"Yaxın Şərqdə vəziyyət deqradasiya etməkdə davam edir" - Sergey Lavrov

 
"İsrailin öz təhlükəsizliyini ABŞ-ın birbaşa dəstəyilə başqalarının hesabına təmin etmək istəyi perspektivsiz və çox təhlükəli niyyətdir..."
 
İsrailin təcavüzkar və militarist siyasəti Yaxın Şərqdə vəziyyətin deqradasiyasına səbəb olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
"Yaxın Şərqdə vəziyyət deqradasiya etməkdə davam edir. Bu, İsrailin təcavüzkar, militarist siyasətinin birbaşa nəticəsidir", - Lavrov bəyan edib.
 
Onun fikrincə, bunun səbəblərindən biri də ABŞ-ın "vasitəçilik fuksiyalarını inhisara almaq, BMT Təhlükəsizlik Şurasının konsensus qərarlarını qurban vermək" cəhdləridir.
 
"Aydındır ki, İsrailin öz təhlükəsizliyini ABŞ-ın birmənalı dəstəyi ilə başqalarının təhlükəsizliyi hesabına təmin etmək istəyi, baş vermiş faciənin İslam dünyasının İsrailə münasibətində bundan sonra uzun illər ərzində hansı nəticələrə gətirib çıxaracağı nəzərə alınmaqla, perspektivsiz və son dərəcə təhlükəli niyyətdir", - Rusiyanın baş diplomatı qeyd edib. 
 
Lavrovun fikrincə, bütün Yaxın Şərqdə vəziyyətin sağlamlaşdırılmasının açarı yalnız Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin normallaşdırılması ola bilər.
 
Bu zaman Vaşinqton BMT Təhlükəsizlik Şurasının Qəzza bölgəsində dayanıqlı atəşkəsi tələb edən həqiqətən güclü qətnaməsini daima əngəlləyir, Lavrov əlavə edib.
 
"Böhranın kəskin fazasının qarşısının alınmasında növbəti addım nizamlanmanın iki dövlət prinsipi əsasında gerçəkləşməsi üçün şəraitin formalaşdırılması olmalıdır. 1947-ci ildən bəri dünya birliyinin bizə etdiyi çağırışı icra etmək gərəkdir, bu da İsrail ilə sülh və təhlükəsizlik şəraitində dinc yanaşı yaşayan Fələstin ərəb dövlətinin yaradılmasıdır", - o, vurğulayıb. 
 
"Hesab edirik ki, bu məqsədə nail olmaq üçün diqqəti ilk növbədə okeanın o tayından öz şərtlərini diqtə etməyə cəhd edənlərin deyil, region dövlətlərinin fikrinə yönəltmək lazımdır", - Lavrov qeyd edib.
 
Bu ərəfədə isə İsrail ilə  Livan ("Hizbullah") arasında atəşkəs haqqında saziş imzalanıb. Bu saziş İsrailin hərbi-siyasi kabineti tərəfindən təsdiq edilməlidir. 
 
İsrail baş nazir Binyamin Netanyahu bəyan edib ki, əgər "Hizbullah" sazişi pozarsa, infrastruktur yaradarsa və ya raket buraxarsa, İsrail tərəfi zərbə endirəcək.
Избранный
14
moderator.az

1Источники