Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 5-nə təyin olunub.
Əşrəf Əşrəflinin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Kicuker Şöner, Azərbaycan vətəndaşları Səbinə Abdullayeva,Zaur Novruzov,Nəsib Həsənov tanıblar.
Qeyd edək ki, Əşrəf Əşrəfli daha əvvəl dələduzluq və saxta sənədlərdən istifadə etmədə təqsirləndirili bilinib və Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını dəyişdirib.
Belə ki, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulan cinayətin birinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu və on birinci epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar məhkum edilən təqsirləndirilən şəxsə cəza təyin olunmayıb.
Əşrəf Əşrəflinin təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin olunan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilib.
Fariz Məlikli
Demokrat.az