RU

“Qlobal iqlim dəyişikləri böyük faciələrə gətirib çıxara bilər...”

“Meşələr yaşadığımız planetin əsas hissəsi olaraq insan həyatında çox mühüm rol oynayır. Təsadüfi deyil ki, meşə sahəsi planetin "ağciyər” funksiyasını yerinə yetirir. Hazırda planetimizdə baş verən kataklizmlər, qlobal iqlim dəyişikləri yaxın gələcəkdə çox böyük faciələrə gətirib çıxara bilər. Bütün bu kataklizmlərin nüvəsində isə insan amili dayanır”. Bu sözləri SİA-ya açıqlamasında "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

O bildirib ki, yaxın gələcəkdə meşə sahələrinin qorunması istiqamətində konkret və əməli addımlar atılması bu bəşəriyyət üçün faciəvi sonluqla nəticələnə bilər: “Hal-hazırda yer kürəsində istiliyin artması ilə əlaqədar olaraq ayrı-ayrı ölkələrin mütəxəssislər artıq həyacan təbili çalırlar. COP29 iqlim konfransının dünya ölkələrinin iştirakı ilə məhz Azərbaycanda keçirilməsi probleminin həlli yolunda göstərilən ən böyük uğurdur. İqlim dəyişikliyinin bəşəriyyətə,fauna və floraya hansı fəsadların yaratdığını hər birimiz dərk etməliyik. Bu istiqamətdə əsas faktor insan faktorudur.İnsan yazdığı planetin - ümumi evimiz olduğunu dərk etməli,onu qorumalıdır. Hər bir bitki bir canlı orqanizimdir. Gələcəyimiz naminə bəşəriyyətin xilası üçün ətraf mühitimizi qorumalıyıq.Bildiyimiz kimi meşələrin məhv edilməsi su ehtiyatının da azalmasına səbəb olub.
Meşələr bizim təbii sərvətimizdir. Məhz buna görə meşə yanğınlarının qarşısını almaq məqsədilə profilaktik tədbirlər həyata keçirilməkidir. Eyni zaman əhali arasında,məktəblərdə və universitetlərdə geniş şəkildə maarifləndirmə işləri aparılmalıdır”.

Избранный
11
sia.az

1Источники