RU

“Şlyapa Qalaktikası” barədə yeni məlumatlar əldə edildi

Astronomlar "Şlyapa Qalaktikası" kimi tanınan NGC 4594-ün yeni görüntülərini paylaşıblar. Metbuat.az xəbər verir ki, 1781-ci ildə Pyer Meşain tərəfindən kəşf edilən bu qalaktika ətrafını əhatə edən toz halqası ilə diqqəti cəlb edir. Onun ətrafındakı toz halqası papaq kimi göründüyü üçün o "Şlyapa Qalaktikası" adlandırılıb. Əvvəllər Hubble Teleskopu tərəfindən müşahidə edilən qalaktika indi “James Webb” kosmik teleskopu ilə ətraflı şəkildə araşdırılıb. Yeni görüntülər qalaktikanın quruluşu ilə bağlı çoxlu təəccüblü məlumatlar təqdim edib. Əvvəlki proqnozlar qalaktikanın toz halqasında ulduz əmələgəlmə mərkəzlərinin ola biləcəyi idi. Yeni məlumatlar bu halqada demək olar ki, heç bir ulduz əmələ gəlməsinin olmadığını ortaya qoyub.

Əldə edilən yeni tapıntılar qalaktikalar və ulduzların əmələ gəlməsi haqqında bilinənlərin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.

Избранный
69
metbuat.az

1Источники